Şəhid kapitanın şərəfli döyüş yolu örnəkdir
Yusif Nəzərli
23:30 18.07.2022
Aktual
497
Elman Malıyev Vətən Müharibəsi Qəhrəmanının həyatını qələmə alıb
“..Həyatımızın bu qədər gözəlliklərini, çalarlarını ömrümün sadəcə 6 ilinə yazdı. Onunla keçirdiyim günləri heç nə əvəz etməyəcək. Bu ideal insan, sadiq həyat yoldaşı, sirdaş, qayğıkeş ata bir də bu dünyaya gəlməz. Mən özümü güclü hiss edirəm. Onu daima yanımda hiss edirəm. Hər dəfə süfrə açanda bir boşqab da ona qoyuram. Xəyalımda dərdimi yenə də onunla bölüşürəm...” Bu, şəhid kapitan İsmayıl Səmədovun həyat yoldaşı Bəsti xanımın etiraflarıdır. Qəhrəman zabitimizin fədakar xanımının ürəyindən gələnləri qələmə alansa dəyərli həmkarımız, mediada öz dəst-xətti olan Elman Malıyevdir.
Elman Malıyev zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsinin şəhid kapitanı, Xüsusi Təyinatlı Qüvvələrin bölük komandiri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş İsmayıl Məhəmməd oğlu Səmədovun şəhidliyə gedən qısa, lakin şərəfli ömür və döyüş yolundan yazıb. Şəhid Səmədov İsmayıl Məhəmməd oğlu 1990-cı ilin 9 avqust tarixində Zaqatala rayonunun Lahıc kəndində anadan olub. İsmayılın şəhidliklə sonlanan həyatı barədə “Zəfəri qanınla yazdın qəhrəman” adlı kitab bizə məlumat verir. Kitabda şəhidin ailə üzvlərinin, dostlarının, səngər qardaşlarının, eləcə də Zaqatala rayonu ziyalılarının xatirələri, fikirləri də toplanıb. İsmayıl Səmədovun hərbi xidməti və müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar döyüş yoldaşlarının danışdıqları əsasında qələmə alınıb. Kitaba “Ön söz”də müəllif yazır ki, “Yaşma” adı gələndə, hətta, ən güclü orduya malik dövlətlərin jurnalistləri də öz heyranlıqlarını gizlədə bilmirdilər. Bəli, onlar xüsusi təyinatlılarımızdı.
Bir neçə xarici dil bilən, ölməyə yox, öldürməyə gedən igidlərdi. Ölüm onlar üçün ən son çarədi. İsmayıl Səmədov da onlardan biridir.
“Kapitan İsmayıl Məhəmməd oğlu Səmədovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq hərbi olduğundan tam açıqlanmasa da, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi bölük komandirinin necə cəsur döyüşçü olmasından xəbər verir. İ.Səmədov Azərbaycan dövləti tərəfindən peşəkar zabit kimi yetişdirilib.
Bunun üçün o, dünyanın bir çox ölkələrində “komando” kurslarına qatılıb. Keçdiyi hərbi sınaqlarda təkcə öz nüfuzuna deyil, həm də Azərbaycan Silahlı Qüvvələrinin nüfuzuna hörmət qazandırıb”.
Şəhid kapitanın döyüş yoldaşları onun haqqında dəyərli fikirlər səsləndirib, onu peşəkar zabit, əsl zabit keyfiyyətlərinə malik, fədakar, qayğıkeş komandir, əsgərlərin qardaşı adlandırıblar.
Belə igid oğullardır Vətənin, xalqın başını uca edən. Vətən onların çiynində ucalır. Şəhidliyin mübarəkdir, cəsur kapitan!
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region