Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
12:54 07.12.2021
Aktual
541
Bu günün aktual problemlərindən biri də istər fərdi tikililərdə, istərsə də çoxmərtəbəli binalarda yaşayan vətəndaşların mülkiyyət sənədi ala bilməməsidir.
Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda beş yüz mindən çox çıxarışı olmayan fərdi yaşayış evləri var. Bunun əsas səbəbi isə torpaqların təyinatının fərqli olmasıdır. Həmin evlər yaşayış massivlərində deyil, digər təyinatlı torpaq sahələrində tikilib.
Ekspert qeyd edib ki, bölgələrdə vəziyyət Bakı və Abşeronla müqayisədə bir qədər fərqlidir. Çünki bölgələrdə bələdiyyələr və icra nümayəndələri vətəndaşlara torpaq sahəsi ayırır.
"Turizm bölgələrimizdə torpaq sahələrinin sənədləşməsi ilə bağlı problem yaranmır. Evlərin sənədləşdirilməsi ilə bağlı isə maarifləndirilmə az olduğundan əksər şəxslər evini sənədləşdirmir.
Dövlət büdcəsi evlərin sənədləşdirilməməsindən milyonlarla manat pul itirir. Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər. Çıxarışı olmayan yüz minlərlə ev var. Hazırda ən çox alqı-satqı prosesləri də çıxarışı olmayan evlər üzərində aparılır. Çünki belə evlərin qiyməti nisbətən ucuzdur. Bu evlərin çıxarışı olsa, hər alqı-satqıdan evin kvadratına görə dövlət büdcəsinə vergi daxil olar, icbari sığortaya cəlb olunar, notariusa, reyestr xidmətinə rüsum pulu ödənilər", - deyə ekspert bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm