Separatçılar təlaş içində! - “Azərbaycan çevik hərbi hissələr açır”
Yusif Nəzərli
14:28 06.12.2021
Aktual
793
“Bu, o deməkdir ki, hərb variantı aktuallıq qazanarsa, Azərbaycanın keçirəcəyi əməliyyatlar operativ olacaq”
“Digər tərəfdən Bakı psixoloji təzyiq mexanizmini də işə salır, bu da separatçılar arasındakı əhvalı daha da ağırlaşdırr”
“Separatçıların hazırda yeganə ümid yeri sülhməramlılardır, Moskva isə bölgədən əlini çəkmək istəmir”
“4 illik periodda Bakı-Ankara trafiki Qərbi aktiv proses iştirakçısı etməyə çalışacaq ki, Rusiya ordusu Azərbaycandan çıxsın”
Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında güllə yarası alaraq ölən erməni döyüşçü Qor Martirosyan barədə əlavə informasiya yayılıb. Martirosyanla bağlı hadisə baş verənə qədər o, üçüncü şəxs vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlamağa çalışaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmaq niyyətində olub.
Buna səbəb isə xidmət “yoldaşları” tərəfindən alçaldılması olub. Görünür, onun niyyətindən separatçıların xəbəri olub, çünki zəng açıq əlaqə vasitəsilə həyata keçirilib. Ötən gün təxminən saat 21:20 radələrində avtomat səsləri eşidilib, bundan sonra hadisə yerinə Rusiya sülhməramlıları və təcili tibbi yardım maşınları gedib.
Separatçı cinayətkar rejimin fikrincə, bu cür nümayişkaranə edamlar düşmənçilik ideologiyasından imtina etmək istəyən hər kəs üçün dərs olmalıdır. Təslim olmağa və ya Azərbaycan vətəndaşlığını qəbul etməyə çalışan hər kəs ya zərərsizləşdiriləcək, ya da İzaura Balasanyan və dörd övladı ilə bağlı vəziyyətdə olduğu kimi “MTX-ya veriləcək” (Milli Təhlükəsizlik xidməti). Baş vermiş hadisə göstərir ki, separatçılar arasında xaotik durum formalaşıb Azərbaycan , Rusiya və Ermənistan arasında izmalanmış10 Noyabr bəyanatına əsasən Rusiya sülhməramlıları separatçıları bölgəni tərk etməyə məcbur etməli idi. Amma razılaşmanın bu bəndi icra edilmir.
Məsələni “Sherg.az”a şərh edən analitik Aqşin Kərimov bildirib ki, bağlı qapılar arxasında aparılan müzakirələr hələ ki, dəqiq fayda gətirməyib.
“Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni separatçıların ovqatı təlxdir. Çünki Azərbaycan sülhməramlıların məsuliyyət zonasına asan hərbi çıxışı təmin edən hərbi hissələr istifadəyə verib.
Bu, o deməkdir ki, hərb variantı aktuallıq qazanarsa, Azərbaycanın keçirəcəyi əməliyyatlar çevik və operativ olacaq. Digər tərəfdən Bakı psixoloji təzyiq mexanizmini də işə salır, bu da separatçılar arasındakı əhvalı daha da ağırlaşdırr. Separatçıların hazırda yeganə ümid yeri sülhməramlılardır. Hələlik isə sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxması barədə aydın təsəvvürlərin olmaması onu deməyə əsas verir ki, Moskva bölgədən əlini çəkmək istəmir.
A.Kərimov qeyd edib ki, Bakı sülhməramlılardan bəzən narazılıqlar ifadə etsə də, ümumi tabloda məmnunluğunu dilə gətirir:
“Sülhməramlıların dislokasiyası üçün müddət 5 ildir, onun da bir ili geridə qalıb. Azərbaycan sülhməramlıların çıxmasını təmin etməyə çalışır. Bu onun göstəricisidir ki, ancaq bunu nə Rusiya, nə Türkiyə, nə də Azərbaycan ictimailəşdirir. Yerdə qalan 4 illik periodda Bakı-Ankara trafiki Qərbi aktiv proses iştirakçısı etməyə çalışacaq ki, Rusiya ordusu Azərbaycandan çıxsın. Türkiyədən hələlik sülhməramlıların məsuliyyət coğrafiyasına aid konkret mövqe görmürük. Moskva isə israrının dayanıqlı olmasını nümayiş etdirəcək. Cari vəziyyətə gəlincə, Azərbaycan və Ermənistan sülhməramlıların fəaliyyətindən məmnunluğunu dilə gətirib. Bəs buradakı fərqlər nədir?
Azərbaycan sülhməramlıların iştirakını mütləq sülh yolunda element kimi nəzərdən keçirir. Ermənistan isə bu amili revanşizmin alovlanması üçün mənbə hesab edir. Qarşıdan gələn 4 il müddətində sülhməramlıların çıxışının təmin olunub-olunmayacağını indiki gedişatlar fonunda müəyyənləşdirmək çətindir.
Rusiya müddətin uzadılmasına çalışır. Sülhməramlılar çıxarsa, həmin ərazilərdə rus icması şəklində “özəklər” saxlamaq istəyir”.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm