"Şəxsi qisas" motivi ciddi səslənmir
"Şəxsi qisas" motivi ciddi səslənmir
Yusif Nəzərli
23:23 15.08.2023
Aktual
440
Fazil Mustafa: "İran polisinin, təhlükəsizlik əməkdaşlarının davranışları şübhələr üçün ciddi əsas verir "
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum şəxsi qısas zəminində baş verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə görüşdə bildirib ki, İranın da müxtəlif ölkələrdə diplomatları vəzifələrini icra edərkən həyatlarını itiriblər: "Bugünkü dünyada bu, çox da qəribə mövzu olmadığı üçün səfirliyi bağlamağa ehtiyac yoxdur". Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Son günlər İranın Azərbaycanla münasibətləri bərpa etmək cəhdləri müşahidə olunurdu. İran rəsmilərinin Azərbaycana səfərində Tehrandakı səfirliyimizə hücumla bağlı istintaqın getdiyi, cinayətkarın cəzalandırılacağı bildirilirdi. Belə məqamda XİN başçısının yenidən əvvəlki nağılları danışması təəssüf və hiddət doğurur.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, bu bəyanat İran tərəfinin məsələyə yenə də qeyri-ciddi baxışını göstərir. Deputatın sözlərinə görə, İran məsələyə oldu-bitdi kimi yanaşmaq istəyir:
"Tehrandakı səfirliyimizə qarşı hücum və törədilmiş cinayət bilavasitə dövlətin müəyyən mərtəbəsində olan şəxslərin himayəsi altında baş verib. Burada "şəxsi qisas" motivi ciddi səslənmir. Çünki sonrakı proseslərdə həm İran polisinin, həm təhlükəsizlik əməkdaşlarının davranışları da şübhələr üçün ciddi əsas verir. Diplomatımızın şəhid olması və bütövlükdə səfirliyimizə xəsarət yetirilməsi sıradan hadisə deyil. Bu, ciddi düşünülmüş cinayət hadisəsidir. Bunu etiraf etmək, səhvləri boynuna alıb üzr istəmək əvəzinə bir az da sadələşdirib, adiləşdirib gündəmə gətirmək yanlışdır. Sabah istənilən ölkənin səfirinə qarşı belə təxribatçı addımlar atıla bilər və bunu da "şəxsi qisas" zəminində qələmə verərlər. Kimdən, səfirdən qisas alır?! Nə qədər mənasız, səviyyəsiz və anlamsız əsaslandırmadır? Belə əsaslandırmanın ciddi mahiyyəti ola bilməz. Məncə, İran tərəfi bu məsələdə göstərdiyi etinasızlığı siyasi kurs olaraq dəyişməlidir və qonşu ölkənin beynəlxalq immunitet hüququna uyğun olaraq davranmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya