Son dəqiqə: İranlı tibb bacısı belə yalvardı


Dünyanı diz çökdürən koronavirus səbəbiylə bu günə qədər 4 mindən çox insan həyatını itirib. Dünyada 1113 mindən çox insana yoluxan virus, İtaliyanı tam bir xaosa sürükləyib.



Avropada epidemiyadan ən çox təsirlənən ölkə olan İtaliyada milyonlarla insan karantindədir. Ölkədə itki sayı rekord səviyyədə artaraq 463-ə çatıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, epidemiyadan ən çox təsirlənən üçüncü ölkə olan İrandan pis xəbərlər gəlməyə davam edir. Koronavirus səbəbiylə həyatını itirənlərin sayı 291-ə yüksəlib. 24 saat içərisində 54 adamın həyatını itirdiyi bildirilir, hadisə sayı da 8 min 42-ə yüksəlib.

 İranda xəstəxananın birində vəzifəli tibb bacısının ictimai media hesabından paylaşdığı video səs-küy yaradıb. Gözü yaşlı tibb bacısı, görüntülərdə "Lütfən evlərinizdən çıxmayın. Bu səhərdən bəri 100 adam gözlərəmin qarşısında öldü" deyə yalvarır.

Turan