Sülh müqaviləsinin Türkiyənin vasitəçiliyi imzalanmasıni Azərbaycan dəstəkləyər -POLİTOLOQ
10:00 24.06.2025
Aktual
460
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə imzalanmasını istəyir. Bu barədə “Past” qəzeti məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, Ermənistan hökumətinin başçısı artıq bununla bağlı Türkiyə liderinə birbaşa müraciət edib. Erməni nəşri bildirib ki, bu günlərdə həm mediada, həm də sosial şəbəkələrdə Nikol Paşinyanın Türkiyəyə səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bunlardan biri də Ermənistan Baş nazirinin Türkiyə Prezidentinə müraciət etməsi və onun vasitəçiliyinin tezliklə Azərbaycanla sülh sazişinin imzalanmasını gözləməsi ilə bağlıdır. Xatırladaq ki, Nikol Paşinyan iyunun 20-də Türkiyədə səfərdə olub. Baş nazir səfər çərçivəsində İstanbulda Türkiyə Prezidenti ilə görüşüb.
Politoloq Aytən Qurbanova Sherg.az-a deyib ki, Türkiyə bu və ya digər formada Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarına töhfə verən əsas aktorlardan biridir:
“Türkiyə proseslərdən kənar qalan bir dövlət deyil. Əgər sülh müqaviləsinin Türkiyənin vasitəçiliyi və ya təşəbbüsü ilə imzalanması məsələsi gündəmə gələrsə və bu, Ermənistan tərəfindən irəli sürülərsə, Azərbaycan da bu yanaşmanı dəstəkləyəcək. Lakin burada bir məqamı da unutmamaq lazımdır ki, əgər belə bir bəyanat və ya müraciət səsləndirilirsə, bu, yenə də ənənəvi erməni siyasətinə uyğun olaraq hadisələri manipulyasiya etmək məqsədi daşıya bilər. Çünki hazırkı mərhələdə sülh müqaviləsinin hansı şəraitdə, kimin vasitəçiliyi ilə və nə zaman imzalanacağından daha vacib məsələ Ermənistana təqdim olunan iki əsas şərtin icrası istiqamətində qətiyyətli mövqe nümayiş etdirilməsidir.
Belə ki, Ermənistan Konstitusiyasına dəyişiklik etmədən və ATƏT-in Minsk qrupu ilə bağlı adekvat mövqe ortaya qoymadan sülh müqaviləsinin imzalanması üçün real zəmin formalaşmayacaq. Bu istiqamətdə ciddi addımlar atılmadan, lazımi bəyanatlar və siyasi iradə göstərilmədən belə çağırışların edilməsi manipulyativ xarakter daşıyır. Eyni zamanda, hadisələri və müzakirələri əsas məcrasından yayındırmaq məqsədinə xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual