Sülhdən başqa yol görünmür
Sülhdən başqa yol görünmür
Yusif Nəzərli
06:50 02.12.2022
Aktual
235
Kreml Bakının yaratdığı reallıqları qəbul etməyə məcburdur
Azərbaycan Qarabağdakı ermənilərə ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqları verməyə hazırdır
Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib ki, Azərbaycan Qarabağdakı ermənilərə ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqları verməkdən imtina etmir. XİN başçısı qeyd edib ki, rəsmi Bakı bunu müzakirə etməyə, ermənilərə Azərbaycanın digər vətəndaşlarının malik olduğu bütün hüquqların zəmanətini verməyə hazırdırlar. Lavrov həmçinin vurğulayıb ki, Praqada dördtərəfli görüşdə Ermənistan tərəfinin Almatı Bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir:
"Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir. Başqa sözlə, o zaman "Dağlıq Qarabağ Muxtar Vilayəti" birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub. Bu sənəd həm Azərbaycan, həm Ermənistan, həm də Fransa və Şarl Mişel tərəfindən qeyd-şərtsiz təsdiq edildi. Bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”.
Lavrovun son açıqlamasını “Şərq”ə şərh edən politoloq Azər Niftiyev bildirib ki, 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb:
“Bu reallıq da ondan ibarətdir ki, Azərbaycan Ali Baş Komandanının qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində öz doğma torpaqlarını işğaldan azad edib. Yəni Prezident İlham Əliyevin də söylədiyi kimi, artıq Qarabağ münaqişəsi bitib. İlkin dövrlərdə bəzi dövlətlər, habelə Rusiya münaqişəni süni yolla yenidən uzatmağa çalışsa da, artıq fərqindədirlər ki, heç bir təzyiq Azərbaycanı yolundan döndərə bilməz. Bu baxımdan mövcud reallıqla barışmağa və ölkəmizin haqlı mövqeyindən çıxış etməyə başlayıblar. Hansı ki davamlı olaraq Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi fonunda bu, bir daha təsdiq edir ki, Azərbaycanın yürütdüyü xarici siyasət ölkəmizin milli maraqlarını ifadə edir”.
Politoloq qeyd edir ki, Azərbaycanın diplomatik miqyasda uğurları artır: “Xüsusən Türkiyə ilə birlikdə yürüdülən xarici siyasət ölkəmizin qarşısında geniş imkanlar açır. Etiraf etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfər Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevirdi. Ölkəmizin rolu və iştirakı olmadan regionda heç bir layihə uğur qazana bilməz. Zamanla bütün qonşular da başa düşəcəklər ki, zəif Ermənistandansa, güc sahibi olan Azərbaycanla əməkdaşlıq məntiqlidir və öz siyasətlərini buna uyğunlaşdıracaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm