Sülməramlılar anlamalıdırlar! – “Ərazilərimizi Azərbaycan dilində adlandıracaqlar”
Yusif Nəzərli
12:59 30.11.2022
Aktual
516
“Kreml üzərinə düşən öhdəlikləri yerinə yetirmir”
“Azərbaycan və digər dövlətlər rəsmi Moskvanın vasitəçiliyinə şübhə ilə yanaşacaq”
"Rusiya sülhməramlılarının bizim torpaqlarda yerləşməsinə baxmayaraq, yer adlar məsələsinə hörmətsizlik etməsi, Azərbaycan dövlətinin və xalqının narahatlığına səbəb olur".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Həsrət Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu hadisə Rusiyanın güvənilməz dövlət olduğunu bir daha sübut edir:
"Analoji davranışlar Kremlin belə missiyalarda iştirakının yanlış olduğunu sübut edir. Yəni bundan sonra Azərbaycan və digər dövlətlər rəsmi Moskvanın vasitəçiliyinə şübhə ilə yanaşacaq. Hələ 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalanarkən Azərbaycan dövləti münaqişənin dinc yolla həlli iradəsini ortaya qoydu. Digər tərəfdən Ermənistan da silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyini üzərinə götürdü. Lakin onlar bu ərazidən çıxmadılar. Bəyanatda həm də rus sülhməramlılarının erməni qoşunlarının Qarabağdan çıxmasına paralel şəkildə yerləşdirilməsi barəsində bənd yer alırdı. Lakin onların Qarabağda yerləşməsinə rəğmən erməni hərbi dəstələri Azərbaycan ərazisindən çıxarılmadı".
Analitikin sözlərinə görə, Kreml üzərinə düşən öhdəlikləri yerinə yetirmir:
"Biz ötən iki il ərzində müşahidə etmişik ki, Rusiya sülhməramlıları tərəfsiz vasitəçi deyil, işğalçı Ermənistanın tərəfdarı kimi çıxış edir. Hətta onlar öz açıqlamalarında və sənədlərində Azərbaycan torpaqlarını, qədim Ermənistan ərazisi kimi yazmaqdan belə çəkinmirlər. İndinin özündə də onlar Qarabağda yerləşən "Amaras" məbədini ziyarət xəbərlərində, bu məbədin orta əsr Ermənistanının “dəyərli” abidəsidir cümləsini əlavə edirlər.
Yəni faktiki olaraq rus sülhməramlıları Azərbaycan torpağını Ermənistan ərazisi kimi qələmə verir. Digər tərəfdən sülhməramlıların ad məsələsində bizə “diş göstərmələri” tərbiyəsizliyin son həddidir.
Onlar anlamalıdır ki, əgər Azərbaycan ərazisində yerləşirlərsə, bizim torpaqları ana dilimizdə adlandıracaqlar. Çünki sülhməramlıların mandatına, yer adlarını müəyyənləşdirmək kimi bir faktor daxil deyil. Onlar isə ermənilərlə birlikdə Azərbaycan torpaqlarına qondarma ad verməklə məşğuldur.
Ümumiyyətlə, biz bir daha şahid olduq ki, “şimal ayısı”na güvənmək olmaz və Azərbaycan dövləti Rusiya ilə münasibətlərə yenidən baxmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm