Texniki səbəblərə görə Bakıya qayıdan təyyarə Dubaya yola salındı

Bakı-Dubay aviareysi üzrə səhər saatlarında havaya qalxan və texniki səbəblərə görə hava limanına geri qayıdan təyyarə dəyişdirilərək Dubaya yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Hava limanından verilən məlumata görə, Bakıdan Dubay istiqamətində havaya qalxan “Boeing-767” təyyarəsində texniki nasazlıq aşkarlandığından təyyarə kapitanı geri qayıtmaq qərarı verib: 

“Avialayner “Boeing 757”yə dəyişdirilib və təyyarə saat 13:37-də Dubay istiqamətində havaya qalxıb. Bakıdan Dubaya uçuş 2 saat 20 dəqiqə təşkil edir”.