Tural Müseyibov:“Ulu öndər dağılan sərhədlərimizi bərpa etdi”
Tural Müseyibov:“Ulu öndər dağılan sərhədlərimizi bərpa etdi”
Yusif Nəzərli
14:28 01.12.2022
Aktual
532
"Bilirsiniz ki, telejurnalist kimi fəaliyyət göstərdiyim dövrdə Ulu öndər Heydər Əliyevin ölkədaxili və ölkə xaricindəki səfərlərində iştirak etmişəm. Onun rəsmi və qeyri-rəsmi qəbullarını işıqlandıran jurnalistlərdən biri olmuşam. Bu, mənim həyat tarixçəmə qızı hərflərlə yazılıb."
Bunları "Sherg.az" açıqlamasında tanınmış jurnalist, Baku TV-nin əməkdaşı Tural Müseyibov deyib.
O bildirib ki, Ümumilli lider Heydər Əliyev barəsində danışmaq həm çox məsuliyyət tələb edir, həm də şərəflidir:
"Ulu öndərin hələ sovet dönəmində hakimiyyətdə olduğu zamanda, indiki müstəqil Azərbaycanın daha güclü olması, onun kadr potensialının və sənayesinin güclənməsi üçün gördüyü işlər göz qabağındadır. Araşdırsaq görərik ki, ölkəmizdə fəaliyyət göstərən ən böyük fabriklər, zavodlar, təhsil ocaqları və bu kimi yüzlərlə müəssisələrin banisi Heydər Əliyevdir. Ümumiyyətlə, Azərbaycanın indiki gücünün kökündə Heydər Əliyevin dövründən gələn siyasət dayanır".
Həmkarımızın sözlərinə görə, Azərbaycanın müstəqillik əldə etməsinin ardından hakimiyyətə qayıdan Ulu öndər dağılan sərhədlərimizi bərpa etdi:
"Həmin dövrdə ölkə parçalanmaq üzrə idi və daxilində ciddi problemlər var idi.
Heydər Əliyev isə bunların hamısını yoluna qoydu. Onun sayəsində beynəlxalq investorlar və xarici dövlətlərin rəhbərlərinin Azərbaycana etimadı artdı. Yəni güclü dövlət üçün güclü iqtisadiyyat, güclü iqtisadiyyat üçün isə sabitlik lazımdır. Məhz həmin dövrdə Ulu öndərin iqtisadiyyatımızı gücləndirməsinin nəticəsində, biz güclü ordu qura bildik.
Qurulan ordu sayəsində isə torpaqlarımız azad edildi və biz dünyada söz sahibi olduq. Bütün bunlarda Heydər Əliyevin rolu danılmazdır. Çünki o maştablı insan və böyük şəxsiyyət olub. Biz hər zaman fəxr etməliyik ki, Heydər Əliyev kimi rəhbərimiz olub”.
T. Müseyibov əlavə edib ki, 2023- cü ilin Heydər Əliyev ili kimi elan edilməsi çox yaxşı haldır:
"Ölkəmizdə yetişən yeni nəsilin, Ulu öndərin hansı işləri gördüyünü öyrənməsi üçün bu təbiğat və təşviqata böyük ehtiyac var. Fikrimcə, 2023-ci il Heydər Əliyev ilində, onun məhz Azərbaycan üçün gördüyü işləri diqqətə çatdırmaq məqsədi ilə bütün sferalarda lazımi işlər görüləcək".
Qeyd edək ki, Noyabrın 28 də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm