
“Türkiyə ilə birgə təlimlər sərhədlərimiz gücləndirmək üçündür” – Cənubdan təhlükə var?
Yusif Nəzərli
14:15 05.12.2022
Aktual
519
“Düşünürəm ki, hər bir təlim qonşu tərəf üçün Azərbaycan ordusunun gücünün nümayişidir”
“Azərbaycan ərazisinə cənub istiqamətdən təhlükə olarsa, bu təlimlərin senarisi əsasında həmin təhlükənin aradan qaldırılması baş tuta bilər”
Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçirilir. Təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Qeyd edək ki, təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
Təlimlərin Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sazişə əsasən keçirildiyini deyən hərbi ekspert Şair Ramaldanov"Sherg.az"a vurğulayıb ki, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqəsi zamanı idarəetmənin təmin edilməsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəlib:

"Bu təlimlərdə həm də yeni alınmış ən müasir hərbi texnikanın istifadəsi və onun heyətinin bu texnikadan istifadə qaydasını mənimsəməsi kimi tapşırıqlar icra olunub. Ümumiyyətlə, bu, birinci təlim deyil ki, keçirilir. Şuşa bəyannaməsini nəzərə alsaq, artıq Türkiyə ordusu deyəndə yanında Azərbaycan Silahlı Qüvvələrini də görürük.
Bunun üçün bütün hüquqi sənədlər hazırlanıb. Belə olduğu halda hansısa tapşırığı yerinə yetirməyi asanlaşdırmaq üçün Azərbaycan və Türkiyə birgə təlimlər keçirməlidir. Son zamanlarda irimiqyaslı təlimlərin Türkiyə ordusunun nümayəndələri ilə birgə keçirilməsi, artıq bizdə ənənəvi hal alıb. Bu isə gələcəkdə iki qardaş ölkənin hərbçiləri üçün böyük imkan yaradır".
Ekspert qeyd edib ki, bu təlimlərin kiməsə qarşı keçirildiyini düşünmək yanlışdır:
"Azərbaycanın harada təlim keçirməsi onun daxili işidir və bu təlimlər də əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Burada olan geniş tapşırıqlar isə prinsip cəhətdən müasir döyüşlərdə bütün növ qoşunların müştərək fəaliyyətini təmin edir. Son zamanlar İranın sərhədlərimizin yaxınlığında təlimlər keçirdiyini də nəzərə almalıyıq.
Çünki biz bunları izləyirdik. Ümumiyyətlə, dünyanın hər yerində əgər qonşulardan biri təlim keçirirsə, digər dövlət də həmin istiqamətdə təlimlərə start verir.
Bu istiqamətlərdə olan təlimlər isə Azərbaycanın sərhədlərini gücləndirmək və ehtiyac yarandığı təqdirdə ordumuzun öz ərazisini qorumağı üçündür.
Düşünürəm ki, hər bir təlim qonşu tərəf üçün Azərbaycan ordusunun gücünün nümayişidir. Əgər hansısa şəkildə Azərbaycan ərazisinə cənub istiqamətdən təhlükə olarsa, bu təlimlərin senarisi əsasında həmin təhlükənin aradan qaldırılması baş tuta bilər.
Bizim heç bir üçüncü ölkəyə qarşı qərəzli mövqeyimiz yoxdur. Azərbaycan ordusu yalnız öz ərazi bütövlüyünü qorumaq üçün bu tip təlimlər keçirir. Artıq ölkəmizdə aparılan böyük islahatların nəticələri də bu təlimlərdə özünü göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm