Türkiyə istəklərinə nail oldu! – “Finlandiya və öhdəlik götürdü”
Yusif Nəzərli
12:48 29.06.2022
Aktual
571
“Eyni zamanda Türkiyənin hərb sənayesinə və ordusuna qoyulmuş sanksiyalar və embarqolar aradan qaldırıldı”“Artıq
"Türkiyə istədiyi silahları və silah detallarını ala biləcək”
“Həmçinin ola bilsin ki, Türkiyə ABŞ-dan bunun əvəzində həm də Suriyada əməliyyat aparmaq üçün icazə alıb”
Dünən İsveçin Baş naziri Maqdalena Andersson, Finlandiyanın Prezidenti Sauli Niinistö və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə NATO-ya üzvlüklə bağlı razılıq əldə olunub. Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.Müzakirələrdən sonra Finlandiya və İsveç liderləri terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər. Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər.
Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, razılaşmanı Türkiyə üçün müəyyən qədər əhəmiyyətli hesab etmək olar:
“Çünki Türkiyə öz istəklərinə nail oldu. Finlandiya və İsveç Türkiyəyə qarşı terror təşkilatlarını dəstəkləməyəcəyini öz üzərinə götürdü. Eyni zamanda Türkiyənin hərb sənayesinə və ordusuna qoyulmuş sanksiyalar və embarqolar aradan qaldırıldı. Artıq Türkiyə istədiyi silahları və silah detallarını ala biləcək. Bütün bunları Türkiyə üçün müsbət saymaq olar. Üstəlik bu ölkələr hələlik NATO-ya qəbul edilməyib. Hələ ki İsveç və Finlandiyaya NATO-ya dəvət edilməyə icazə verilib. Türkiyə burada əsas rol oyanayacaq. NATO və Türkiyədən ibarət bir komissiya bu prosesi izləyəcək. Əgər bu ölkələr verdiyi sözlərə əməl etməzsə, o zaman müdaxilə etmək imkanı yaranacaq. Əsas məsələ Türkiyənin istədiyini əldə etməsidir”.
T.Rzayevin sözlərinə görə, məsələnin pərdəarxası məqamı da ola bilər:
“Burada Türkiyə əsas “bazarlığı” İsveç və Finlandiya ilə yox, Amerika Birləşmiş Ştatları ilə edib. Ola bilsin ki, Türkiyə ABŞ-dan bunun əvəzində həm də Suriyada əməliyyat aparmaq üçün icazə alıb.
Rusiyanın mövqeyi burada uğurlu olmadı. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyününün qarşısını açması Rusiya üçün böyük zərbə oldu. Amma hazırda Rusiya buna müqavimət göstərəcək gücdə deyil. Rəsmi Moskva məcbur müəyyən açıqlamalar verəcək. Lakin əvvəl-axır bu faktla barışmalı olacaq. Çünki Türkiyə Rusiya üçün çox əhəmiyyətlidir, onun Türkiyədən başqa müttəfiqi yoxdur. İndiki məqamda Rusiya Ankaradan bir çox məqamda asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm