Urmu gölü "koma" vəziyyətindədir
Yusif Nəzərli
04:20 08.12.2021
Aktual
709
Tədbir görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq
"Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illərdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir"
“Son günlər Urmu gölü ilə bağlı yaranmış faciəli durumun acı nəticələri haqqında güneyli soydaşlarımızın sosial şəbəkələrdə və mətbuatda həyəcanla yaydığı məlumatları ağrı-acı ilə izləyirik”. Bu barədə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. Partiya rəhbəri bildirib ki, yayılan məlumatlarda Urmu gölünün artıq “koma” vəziyyətində olduğu və bu səbəbdən bölgə əhalisi olan azərbaycanlıların həyati təhlükə ilə üzləşdiyi deyilir. Onun sözlərinə görə, təcili tədbirlər görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq:
“İllər öncə böhranla bağlı ilk işartılar ortaya çıxanda İran hökuməti problemin həlli ilə əlaqədar müəyyən qərarlar qəbul etdi, öhdəliklər götürdü. Təəssüflər olsun ki, bu qərarlar kağız üzərində qaldı və məsələnin köklü çözülməsi üçün demək olar ki, heç bir əməli addım atılmadı. Yerli azərbaycanlılardan ibarət olan bölgə əhalisinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulur ki, bu da insanların burada yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edir. Nəticədə yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görür. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Bir daha aydın olur ki, İran hakimiyyətinin Urmu gölünün qurumasına laqeyd yanaşmasının məqsədi Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Tarixi dövlətçiliyimizin qədim istinadı olan Urmiya şəhərini məhv etməkdir”.
A.Əsədliyə görə, güneyli soydaşlarımız etiraz əlaməti olaraq vaxtaşırı aksiyalar keçirsə də, rejimin təzyiq və təqiblərinə məruz qalır, həbs edilirlər:
“İndiyə qədər onlarla aktivist və jurnalist bu səbəbdən İran rejimi tərəfindən həbs olunub. Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illərdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir. Azərbaycan Yüksəliş Partiyası Urmu gölünün qurudulması ilə bağlı İran hakimiyyətinin bəşəri və milli haqlara yönəlmiş mənfur siyasətini kəskin şəkildə pisləyir. Tezliklə problemin həll edilməsi istiqamətində əməli işlər görməyi tələb edir. Ölkədə və dünyanın müxtəlif yerində fəaliyyət göstərən ictimai və siyasi təşkilatlarımızı, cəmiyyəti və dövləti yaranmış siyasi-ekoloji böhranın acı nəticələrinə diqqət etməyə və məsələnin həlli üçün mümkün rıçaqlardan istifadə etməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm