Uyğur türklərinə dəstək! - Türkiyədə MADO-ya qarşı boykot kampaniyası başlayıb
Yusif Nəzərli
10:10 18.11.2021
Aktual
623
Qardaş Türkiyədə MADO restoranlar şəbəkəsinə qarşı boykot kampaniyası başlayıb. Sosial şəbəkə istifadəçiləri MADO-nu boykota çağırır, vətəndaşlara bu restoranlar şəbəkəsinə ayaq basmamalarını tövsiyə edirlər.
Nədən? Nə oldu ki, MADO türk vətəndaşları belə incik salıb? “ahaber.com.tr”də yer alan məlumata görə, səbəb MADO-nun sahibi Mehmet Sait Kanburun uyğur türklərinin Çində toplantı keçirməsinə izin verməməsi, bu azmış kimi bir də “mən bu gün Çində qarnımı doyururamsa, çinliyəm”, ifadəsini işlətməsidir.
M.S.Kanburun uyğur türklərinə qarşı bu davranışı və sözləri Türkiyədə böyük təpki ilə qarşılanıb.
Türk vətəndaşlar da sosial media üzərindən MADO-nu boykot qərarı alıblar. M.S.Kanburun uyğur türklərinin toplantısına mane xəbərini toplantının təşkilatçısı dosent doktor Erkin Emet verib:
“Öyrəndik ki, Mehmet Kanbur Dubaydan telefon açaraq “bizim şöbəmizdə uyğurların toplantısı olmasın, Çindəki işimiz zərər görər” söyləyib”. Deməli, M.Kanbur biznesini uyğur türklərinin haqlarının qorunmasından üstün tutur.
Bu necə türkdür?! Məhz M.Kanburun telefon zəngindən sonra uyğurların toplantısı ləğv edilib. Onların fəaliyyətinin qarşısı alınıb.
Məlum olduğu kimi, Bakıda da bir neçə yerdə MADO restoranlar şəbəkəsi fəaliyyət göstərir. Maraqlıdırsa, bildirək ki, MADO adı firmanın qurulduğu şəhərin qədim adı olan Maraşın ilk iki hərfi və dondurma sözünün ilk iki hərfinin birləşməsidir. MADO Türkiyədə 300, dünyanın müxtəlif şəhərlərində də bir çox şöbələri olan dondurma və şirniyyat markasıdır.
Firma 1850-ci ildə Yaşar Kanbur tərəfindən qurulub. 1991-ci ildən başlayaraq fəaliyyəti genişlənib və restoranlar “zənciri” şəklini alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol