VI Zirvə Toplantısı! - “Alternativlərə Zəngəzur dəhlizi və Xəzər dənizindən keçən kommunikasiyalar daxildir”
Yusif Nəzərli
11:55 30.06.2022
Aktual
466
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Dövlət başçılarının VI zirvə toplantısı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb. Toxunulan məsələlərdən biri də Zəngəzur dəhlizi olub. Yeni reallıqları nəzərə alaraq, vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də Xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcək. Həmçinin bu dəhliz nəqliyyat-kommunikasiya qovşağına çevriləcək Xəzər regionunda Azərbaycanın oynadığı mühüm rolun daha qabarıq gözə çarpmasına səbəb olacaq.Ölkə başçısı İlham Əliyev də öz nitqində dəhlizin artıq reallığa çevrildiyini vurğulayıb:
“Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.
Zirvə toplantsını və müzakirə olunan mövzuları “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekpert Əziz Əlibəyli şərh edib. O, bildirib ki, hazırda bölgənin imkanları nəzərdən keçirilir:
“Yeni dünya üzərindən Avropa, ABŞ, Rusiya, toqquşmasının bir də Aralıq cəbhəsi var. Bu Çin və Rusiya arasındakı ərazidir. Ümumiyyətlə, Qərbin Rusiyaya dair planı müharibənin nəticələrinə görə məlum olacaq. Rusiyanın alternativlərdən nə cür istifadə edəcəyi maraqlıdır. Alternativlərə Zəngəzur dəhlizi və Xəzər dənizindən keçən kommunikasiyalar daxildir. Amma burada da mövcud problemlər var”.
Ekspertin sözlərinə görə, Xəzəryanı ölkələrin mövqeyi üst-üstə düşmür:
“Hər ölkə fərqli baxışa sahibdir. Bu mənada Zirvə toplantısı beynəlxalq münasibətlərdə Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran arasında kommunikasiyaların işlək olmasına və faydalarına dair müzakirələr olunmalıdır. Gələcəyə yönəlik hansı imkanlardan istifadə edə bilərlər, Xəzərdən keçməklə Çinə hansı alternativ dəhlizlər təhlükəsiz şəkildə qurula bilər və bunun kimi digər mövzular maraq dairəsində olmalıdır.
Həmçinin Zəngəzur dəhlizinin açılmasına Ermənistan tərəfinin maneə olması ilə yanaşı, Əfqanıstandakı proseslər də maneə olur. Əfqanıstan uzun illər Taliban və yaxud ABŞ hakimiyyətinə bağlı olub.
Bu baxımdan Rusiya öz Xarici İşlər Nazirliyinə Əfqanıstanla münasibətləri ən üst səviyyəyə çatdırmaq üçün addım atmaq tapşırığı verdi. Çünki Çinə gedən yolun üstündə önəmli ölkələrdən biri də Əfqanıstandır. Əgər o, maneə olsa nə baş verəcək? Bu çox ciddi və böyük problemlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm