Xankəndidən köç sürətlənir - İkinci mərhələ başlayıb
Yusif Nəzərli
23:16 24.08.2023
Aktual
514
“Azərbaycan vətəndaşlığını qəbul edərək heç bir fərqli imtiyaza sahib olmadan yaşamaq istəyənlər qalacaq”
Son beş gündə Laçın sərhəd-buraxılış məntəqəsindən 400-ə yaxın şəxs Ermənistana keçib. Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının olduğu bildirilir. Onların içində Azərbaycan ərazisində separatizmə dəstək verənlərin olduğu barədə də informasiyalar var. Ermənilərin Qarabağı tərk etməsi belə deməyə əsas verir ki, artıq reallığı qəbul etmək məcburiyyətində qalıblar. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanların Qarabağı tərk edərək Ermənistana yollanması həm də onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenarilər Azərbaycanda keçmədi.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a bildirib ki, Qarabağın işğaldan azad edilməsinin ardından Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi ürəyimizcə olmasa da, mövcud vəziyyəti qiymətləndirərək bu addımı atmağa məcbur olmuşduq.
Analitik vurğulayıb ki, Qarabağın tam nəzarətimizə keçməsi üçün ikinci mərhələ başlayıb: "Bu mərhələdə daha çox strateji və beynəlxalq müstəvidə çalışmalar oldu. Sirr deyil ki, Fransa-Rusiya və İran üçlüyü bölgədə Azərbaycanın maraqlarına uyğun sülhün əldə olunmasını istəmirlər. Lakin buna baxmayaraq Türkiyənin, tərəfdaş ölkələrin və bir sıra nüfuzlu təşkilatların əhəmiyyətli dəstəyi ilə strateji mövqeyimizi möhkəmləndirə bilmişik. Hadisələrin axarı və real gedişat göstərir ki, sülhməramlı qüvvələrin missiyasının başa çatması ilə paralel olaraq Azərbaycan öz ərazisinə tam nəzarət etməyi planlaşdırır və bu istiqamətdə qərarlı görünür".
Ekspert diqqətə çatdırıb ki, Rusiya sülhməramlıları 3 ilə yaxın müddətdə xeyli sayda erməni əsilli Qarabağ sakinlərinə rus pasportu verməyə nail olub: "Lakin bu proses bir müddətdən sonra zəiflədi. Ermənilər anladılar ki, gec-tez ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da Ermənistana köçəcəklər. Rusiya vətəndaşlığının onlar üçün böyük problemlər yaşadacağını anladılar və prosesi dayandırdılar. Hazırda Xankəndidən müəyyən köç yaşanır və bu, ilk növbədə rus pasportu almış ermənilərdir. Qarabağda keçmişdə olduğu kimi yaşamağın mümkünsüzlüyünü görən bəzi “ağıllı”ermənilər də öz seçimlərini etməlidirlər. Azərbaycan vətəndaşlığını qəbul edərək heç bir fərqli imtiyaza sahib olmadan yaşamaq istəyənlər qalacaq. Əksini xəyal edənlər ya gedəcək, ya da göndəriləcəklər. Məsələ ilə bağlı dövlət başçısı öz qəti mövqeyini bütün beynəlxalq müstəvilərdə dəfələrlə açıqlayıb və hüquqi baxımdan heç bir etiraz olunmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya