XİN rəhbəri: “Sərhədləri beynəlxalq hüquq normalarına uyğun təyin etməyin vaxtıdır”
Yusif Nəzərli
11:03 17.11.2021
Aktual
511
“Sərhədləri beynəlxalq hüquq normalarına uyğun təyin etməyin vaxtıdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə açıqlamasında deyib.
O, son günlərdə Ermənistandan Azərbaycan əsgərlərinə və mülki şəxslərə qarşı təxribat xarakterli hücumların həyata keçirildiyini xatırladıb, bununla belə Ermənistanın bütün bu təxribatlarının nəticəsiz qaldığını vurğulayıb.
“İki dövlətin müstəqillik qazanmasından 30 il keçir. 30 ildə bu iki ölkə arasında sərhədlərin müəyyən edilməməsi normal hal deyil. Səbəblər bəllidir: Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti. Halbuki Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad edib. Azərbaycan öz torpaqlarını geri aldıqdan sonra beynəlxalq sərhədlərini bərpa edib və bu, yeni imkanlar yaradıb. Bu sərhədləri beynəlxalq hüquq normalarına uyğun müəyyən etməyin vaxtıdır”, - deyə o, bildirib.
Azərbaycanın siyasi qurumunun rəhbəri Vətən müharibəsi nəticəsində Azərbaycanın Ermənistanı 398,7 kilometrlik sərhədlərindən çıxardığını, həmçinin Azərbaycan-İran sərhədinin 130 km-lik hissəsinə nəzarəti bərpa etdiyini xatırladıb.
“Sərhəd məsələsini həll etmək üçün Ermənistanla Azərbaycan arasında birgə komissiya yaradılmalı və sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlanmalıdır. Bu prosesə beynəlxalq sərhədlərə hörmət əsasında başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik sona çatacaq.”
Ceyhun Bayramov otuz ildir işğal etdiyi torpaqlarda özünü istədiyi kimi aparan, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın yeni reallığı qəbul etməkdə çətinlik çəkdiyini vurğulayıb.
“Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, özü üçün bir o qədər yaxşı olar”, - deyə bəyan edən nazir Ermənistanın Azərbaycan torpaqlarına olan iddialarından tezliklə əl çəkməli və qonşularına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
“Ermənistan bu istiqamətdə dialoq çağırışlarını qəbul etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, yeni dialoqları qəbul etsə, qonşularına hörmətlə yanaşsa, sərhədləri qəbul etsə, qonşu dövlətlərin torpaqlarına iddia etməsə, o zaman problem öz həllini tapacaq. XXI əsrdə belə bir siyasət yürütməyin heç bir dövlətə xeyri olmayacaq. Əgər onlar özlərinin 30 illik işğal siyasətinə nəzər salsalar, Ermənistan hökuməti və xalqı üçün nələrə səbəb olduqlarını, hansı ağır nəticələrə gətirib çıxardıqlarını görərlər. İnanırıq ki, bu məsələ ilə bağlı düzgün nəticə çıxaracaqlar, daha məntiqli davranacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol