Ya quru sərhəd açılmalıdır, ya da ağlabatan izahat verilməlidir
Yusif Nəzərli
22:34 29.06.2022
Aktual
517
Epidemioloji vəziyyəti əsas gətirməklə artıq uşaqları belə inandırmaq olmaz
Dünya ölkələrinin böyük əksəriyyəti quru sərhədlərini bir il öncədən açıb. Azərbaycanın sərhədləri isə hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Bu da haqlı olaraq cəmiyyətin və ictimaiyyətin narazılığına səbəb olur.
Xaricdə, xüsusən də həmsərhəd ölkələrdə yaşayan soydaşlarımız ailələri ilə birgə ölkəsinə gəlib-gedən zaman çox ciddi problemlərlə üzləşirlər. Təyyarə biletləri çox baha olduğundan azbüdcəli ailələr ala bilmir. Nəticədə bir çox insan üçün ailəsi, doğmaları ilə görüşmək əlçatan deyil. Eyni zamanda, sərhədyanı ticarətlə məşğul olanlar da quru sərhədlərinin bağlı olmasından ciddi itkilərə məruz qalır.
Qeyd edək ki, sadəcə, Azərbaycan vətəndaşları deyil, qonşu Gürcüstanın rəsmiləri də yaxın günlərdə Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edir.
Azərbaycan-Gürcüstan biznes-forumunda iştirak edən Gürcüstan səfiri Zurab Pataradzenin sözlərinə görə, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanın quru sərhədlərinin bağlı olmasının koronavirus pandemiyası, dünyadakı epidemioloji vəziyyətlə heç bir əlaqəsi yoxdur. "Ən azından yoluxmanın minimuma enməsi, bütün dünya ölkələrinin karantin rejimindən çıxması fonunda bunun məntiqi izahı yoxdur. Çünki Azərbaycanın qonşu ölkələri quru sərhədlərini aylar öncə, hətta bəzi ölkələr illər öncə açıb. Deməli, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının başqa səbəbləri var, dövlət orqanları buna aydınlıq gətirməlidir.
Bildiyim qədəri ilə Gürcüstan tərəfi bununla bağlı Azərbaycanla danışıqlar aparıb. Ölkəmizdə epidemioloji vəziyyət kifayət qədər sabitdir. Peyvənd olunanların sayı 3 milyona çatıb. Sərhədlərin açılması və yumşalmaların həyata keçirilməsi üçün münbit şərait var”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanın quru sərhədlərinin bağlı olması Azərbaycan Hava Yolları (AZAL) QSC-nin və onun törəmə şirkətlərinin işinə yarayır:
“İnsanlar Gürcüstanda yaşayan qohumlarını ziyarət etməyə və ya gedib oradakı evlərinə baş çəkməyə məcburdurlar. Quru sərhədinin bağlı olması həmin insanları hava yolundan istifadə etməyə məcbur edib. Təyyarə biletlərinin qiymətləri isə kifayət qədər yüksəkdir. Bu qədər tələbin olmasına baxmayaraq, hələ də Azərbaycan tərəfinin israrla quru sərhədini bağlı saxlaması AZAL-ın maraqlarına uyğundur.
Əslində səfirin reyslərin artırılması ilə bağlı açıqlamasından da bu, açıq-aşkar görünür. Əgər dövlətin fərqli arqumenti varsa, o zaman hökumət orqanları quru sərhədlərinin hansı səbəbdən bağlı olması ilə bağlı ağlabatan bir izahat verməlidir. Çünki quru sərhədlərinin epidemioloji vəziyyətlə bağlı qapalı saxlanılmasını iddia etmək absurddur. Buna artıq uşaqları belə inandırmaq olmaz.
Çox paradoksal bir vəziyyət yaranıb. Azərbaycan həm turizm potensialını inkişaf etdirmək istəyir, həm də quru sərhədlərini bağlı saxlayır. Düşünürəm, yaxın günlərdə hökumət ya ağlabatan izahat verməli, ya da sərhədləri açmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya