Zəlzələnin məkanı, zamanı bilinmir - Seysmoloq
12:59 22.08.2023
Aktual
390
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə hiss olunan zəlzələ barədə açıqlama verib.
Bildirilib ki, zəlzələ ötən günlər Ermənistan ərazisində baş verib və Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarında hiss edilib.
Qeyd edək ki, zəlzələnin maqnitudası 4,1 olub, ocağı altı kilometr dərinlikdə yerləşib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınan zəlzələ Azərbaycanın sərhəd rayonlarında üç bala qədər hiss olunub.
Sual yaranır ki, zəlzələnin Azərbaycanda baş vermə ehtimalı və davamlı olub-olmaması nə qədər həqiqətə yaxındır ?
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, zəlzələ məkanı, zamanı bilinməyən hadisədir:
“Heç bir narahatçılığa gərək yoxdur. 3 bal əslində zəlzələ sayıla biləcək qədər güclü rəqəm deyil. Dağlıq zonalarda hiss olunub”.
Seysmoloq qeyd edib ki, təkanların ölkəmiz üçün heç bir qorxusu yoxdur:
“Elə bir zonada yaşayırıq ki, 3 ballıq təkanlar normal sayılır. Güclü olsa idi əhali tərəfindən hiss olunardı. Sadəcə müəyyən cihazlar tərəfindən ölçülüb, qeydə alınıb”.
Səbinə Elmanqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm