
Zəngəzur dəhlizi reallığa çevrilir
Yusif Nəzərli
00:18 01.12.2021
Aktual
944
Cümşüd Nuriyev: "Ərdoğanın “Araz boyu” ifadəsini işlətməsi təsadüfi deyil"
"Türkiyəyə, İğdıra çıxışımız üçün heç bir problem yoxdur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev onunla söhbətində Soçidə üçtərəfli görüşün yaxşı və məhsuldar keçdiyini bildirib. Türkiyə lideri bir sıra məqamlara diqqət çəkib və bəyan edib ki, Araz çayı boyunca dəmiryolu, avtomobil yolunun çəkilməsi məsələsi də öz həllini tapdı:
“Atılacaq addımla bərabər İğdıra qədər də magistral yolun çəkilməsi məsələsi var. Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın İğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”.

Ərdoğanın dəhlizlə bağlı açıqlamasını “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizi gec-tez, zorla, yaxud xoşluqla mütləq açılacaq. Professorun qənaətincə, Ərdoğan Rusiya rəhbəri Vladimir Putinlə arasındakı görüşdə dəhliz məsələsinin müsbət həllinə nail olub:
“Azərbaycanla Rusiya və İran arasında hətta dövlət səviyyəsində bir müddət öncə yaşanan gərginlik yavaş-yavaş aradan qalxır. Kreml rəhbəri Türkiyə lideri ilə görüşdən sonra öz yanaşmasında və mövqeyində xeyli düzəlişlər edib. Əlbəttə, Moskvanın tamamilə islah olunduğunu demək olmaz. Amma ən azından hazırda Azərbaycanın maraqlarına uyğun addımlar atır. Rusiya ilə hər hansı problemin, qarşıdurmanın marağında deyilik. Moskvanın da bölgədə iqtisadi maraqları var. Soçi görüşündə və Aşqabad sammitində dövlət başçısı İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıq mesajları, bütün maneələrin aradan qaldırıldığını bəyan etməsi çox önəmli idi. Eyni zamanda qardaş Türkiyə Prezidenti cənab Ərdoğan da Zəngəzur dəhlizi haqqında mühüm açıqlamalar verdi. Ərdoğanın “Araz boyu” ifadəsini işlətməsi təsadüfi deyil. Sovet vaxtı Azərbaycanla Naxçıvanı birləşdirən sərhəd boyunca uzanan dəmiryol xətti və avtomobil yolumuz var idi. Məqsədimiz həmin marşrutu yenidən bərpa etməkdir. Hazırda Azərbaycan tərəfi Horadiz-Ağbənd dəmir yolunu bərpa etməklə məşğuldur. Gələn ilin sonuna yol açıla bilər. Türkiyəyə, İğdıra çıxışımız üçün heç bir problem yoxdur”.
C.Nuriyevin sözlərinə görə, dəhlizin açılmasının siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var:
“Dəhliz Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq, yeni iqtisadi imkanlar yaradacaq. Azərbaycan Türkiyə üzərindən Aralıq dənizinə çıxış əldə edir. Bundan sonra Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistan İran üzərindən fars körfəzinə çıxış imkanına sahib olacaqlar. Azərbaycan Orta Asiya ölkələri ilə Türkiyə arasında növbəti dəhlizi yaratmaqla Türk Dövlətləri Təşkilatının vahid iqtisadi məkanını yaratmış olur. Bütövlükdə türk dünyasının torpaq və mənəvi birliyi yaranır. Zəngəzur dəhlizi gələcəyə hesablanmış çox perspektivli layihədir. 2023-cü ilədək dəhlizin açılması ehtimalı çox yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm