"Zeytun" fonda 500 000 manat məbləğində vəsait köçürdü


Əczaçılıq fəaliyyəti ilə məşğul olan “Zeytun Pharmaceuticals” MMC Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən koronavirus infeksiyasının(COVİD-19) yayılmasının qarşısının alınması və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək fonduna 500 000 manat məbləğində vəsait köçürüb.