Mehmetciklər  Suriya vətəndaşlarına yardım payladı-FOTOLAR     


 Tel Abyad və Rəsulaynı PKK/YPG terror təşkilatından təmizləyən qəhrəman Mehmetciklər suriyalı vətəndaşlara şəfqətli əllərini uzatmağa davam edir.
"Sherg.az" xəbər verir ki, "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan Mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylamağa və tibbi xidmətlər göstərməyə davam edir.

Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiye kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyac görülən xəstələrə müalicə xidmətləri göstərilib.
Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri Mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb.