Bu il noyabrın 1-də baş tutacaq parlament seçkiləri ilə bağlı exit-poll üçün hələ ki müraciət edən olmayıb. Bu barədə mətbuata Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata görə, parlament seçkilərində exit-poll keçirtmək üçün müraciət daxil olduğu gündən başlayaraq 10 gün müddətində həmin müraciətlərə MSK-da baxılır, onun təqdim olunma səbəbləri araşdırılır və müvafiq təşkilatın akkreditasiyadan keçməsi barədə əsaslandırıcı qərar qəbul edilir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə "Şərq”ə bildirib ki, exit-polla bağlı təşkilatların müraciəti seçkilərə 10 gün qalmışa qədər mümkündür: "Təxminən hələ 1 ay müddət var. Ona görə də, tələsik qərar vermək olmaz. Ola bilsin ki, qeydiyyatdan keçən qurumlar olacaq. Amma AVCİYA bu seçkilərdə exit-poll keçirməyəcək”.
Ayyət Əhməd