Hadisə dünən günorta saatlarında üçüncü mərtəbədə baş verib. Tək yaşayan Alptuğ Bertan Tanağarın evindən silah səsi eşidən qonşuları polisi arayıb. Qısa müddətdə hadisə yerinə gelən polislər, tapança səsinin gəldiyi Alptuğ Bertan Tanağarın evinin zəngini basıb, ancaq qapını açan olmayıb.
Qapını sındırıb içəri girən polis, Tanağarın kompüter başında kresloda cansız bədəni ilə qarşılaşıb. Hadisə yerinə gələn sağlamlıq qrupu Tanağarın ürəyinə açdığı atəşdən öldüyünü təyin etdi. Asayiş Şöbə Müdirliyi itkin şəxslər büro komandirliyində vəzifəli olan 5 illik polis məmuru Alptuğ Bertan Tanağarı, iddiaya görə Ankarada yaşayan nişanlısından aldığı son xəbərdən sonra intihara əl atdığı bildirilir. Ailənin "Terror var, qızı sənə vermərik” sözünə kədərləndiyi irəli sürülən Alptuğ Bertan Tanağarın ani bir qərarla həyatına son verdiyi irəli sürüldü. Facebookda nişanlısı ilə birlikdə çəkdirdiyi şəkilə "sevirəm mərkəz” deyə yazan gənc polis məmurunun cənazəsi yarıldıqdan sonra Ədli Tibb Təşkilatına aparılıb.