«Avropa geosiyasi maraqları naminə Azərbaycana hücum edir»

Sergey Markov: «Qərb Azərbaycanın antirusiya sanksiyalarına qoşulmasına çalışır»




Avropa geosiyasi maraqları və iqtisadi ambisiyaları naminə Azərbaycana hücum edir. Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Qərb Azərbaycanın antirusiya sanksiyalarına qoşulmasına çalışır: "Bundan başqa, onlar Azərbaycanın neft-qaz korporasiyalarını, neft-qaz resurslarını nəzarətə götürmək istəyirlər".

Politoloqun fikrincə, Avropa mülkiyyəti bölüşdürmək, Azərbaycanın iri enerji resurslarını nəzarətə götürmək üçün çevrilişə çalışır: "Avropanın istəyi demokratiyanın nailiyyət qazanması deyil".
S.Markov qeyd edib ki, Azərbaycan Qərbin davranışına sakit reaksiya verməli, seçkilər keçirməli, müşahidəçilərini göndərməyə hazır olan ölkələrdən missiyaları dəvət etməlidir.