Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın müşahidə missiyasının üzvlərini qəbul edib. Nazir deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək seçkilərlə bağlı verdiyi bəyanat məntiqə uyğun deyil. E.Məmmədyarovun sözlərinə görə, 100 milyondan artıq əhalisi olan dövlətlərə 300-400 müşahidəçi göndərildiyi halda, 9 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər müşahidəçinin göndərilməsi məntiqsiz və qanunaziddir. Məsələni şərh edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AİM.Az-a bildirib ki, ATƏT müşahidəçilərinin qeyd olunan sayda seçkiləri izləmək istəyi ölkəmizlə bağlı qərəzin olduğunu göstərir: "Həqiqətən də ATƏT-in ölkəmizə 400 müşahidəçi göndərmək məqsədi başadüşülən deyil. ATƏT 50 milyon əhalisi olan ölkələrə də 400 müşahidəçi göndərir, əhalisi 10 milyondan çox olmayan Azərbaycana da. Burada məntiq yoxdur. Bizdə artıq belə bir təəssürat formalaşır ki, bu qurum seçkilər başlamamış Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaq niyyətindədir. Baş verən hadisələr Azərbaycana qarşı aparılan informasiya müharibəsinin davamıdır. ATƏT-in bu yanaşması ancaq təəssüf doğurur, ölkəmiz bu qurumla hər zaman sıx əməkdaşlıq etməyə hazır olub. Azərbaycan heç zaman kimlərinsə onunla təzyiq metodu ilə danışmasına imkan verməyəcək. Yaxşı olar ki, ATƏT hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün taleyi ilə maraqlansın, 20 faiz torpağı işğal altında olan Azərbaycanla bağlı mövqe ortaya qoysun və Ermənistanın işğalçılıq siyasətini pisləsin. Biz ATƏT-dən bunu gözləyirik”.
“Seçkilər başlamamış mənfi rəy yaratmaq istəyirlər”
23:43 23.09.2015
Arxiv
309
Asim Mollazadə: “ATƏT 50 milyon əhalisi olan ölkələrə də 400 müşahidəçi göndərir, əhalisi 10 milyondan çox olmayan Azərbaycana da. Burada məntiq yoxdur”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Le Monde”: Makron son dərəcə paranoyak olub
22:19 22.12.2024
Siyasət
Ağstafada ər həyat yoldaşını qətlə yetirib
21:59 22.12.2024
Hadisə
Təyyarə binaların üzərinə düşdü: 10 ölü, 15 yaralı
21:51 22.12.2024
Hadisə
Xaçmazda qadın meyiti tapılıb
21:47 22.12.2024
Hadisə
Xırdalanda mənzildə partlayış: Yaralılar var - VİDEO
21:43 22.12.2024
Hadisə
Ordusu olmayan ölkələr bəlli oldu: Bir əsgəri belə yoxdur - SİYAHI
21:29 22.12.2024
Gündəm
Putin Slovakiyanın Baş naziri ilə danışıqlar aparır
21:11 22.12.2024
Siyasət
Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO
21:07 22.12.2024
Gündəm
Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib
21:01 22.12.2024
Dünya
Moldova baza valyutasını dollardan avroya dəyişəcək
20:59 22.12.2024
Dünya
Ukraynalılar seçkilərdə kimə səs verəcək? - Dmitruk
20:48 22.12.2024
Siyasət
“Qalatasaray”dan 5 qollu qələbə
20:34 22.12.2024
İdman
Masallıda fərdi yaşayış evində partlayış baş verib
20:18 22.12.2024
Hadisə
Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış edirlər
19:45 22.12.2024
Gündəm
Rusiyadan Macarıstana neft nəqli bərpa edildi
19:37 22.12.2024
Dünya
Salonikidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
19:27 22.12.2024
Cəmiyyət
Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü
19:15 22.12.2024
Hadisə
Çin Kanadaya qarşı sanksiyalar hazırlayır
19:08 22.12.2024
Siyasət
Husilər ABŞ-nin təyyarədaşıyan qrupuna hücumlar təşkil edib
18:53 22.12.2024
Dünya
"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb
18:44 22.12.2024
İdman
Emrah onlarla qonşu olacaq
18:38 22.12.2024
Şou
Bakıda “Mercedes” yol kənarındakı maneəyə çırpılıb, üç nəfər ölüb
18:32 22.12.2024
Hadisə
Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib
18:20 22.12.2024
Təhsil
Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər
18:09 22.12.2024
Hərbi