Azərbaycanlı müğənni Afaq Aslan özünü biznes-ledi kimi də sınamaq qərarına gəlib.
Müğənni bu gün özünə "Lion Lounge" adlı restoran açıb. İfaçı restoranının açılışına şou-biznesin bir çox tanınmış simalarını dəvət edərək, yeni biznesindən danışıb: "Ümumiyyətlə, restoran biznesinə xeyli zaman idi ki, başlamaq istəyirdim. Lakin şəxsi həyatımda baş verən işlərdən dolayı yubandı. Qismət bu günə imiş. Artıq özümü müğənnilikdən savayı biznes ledi kimi də sınayacam. Düşünürəm ki, bu da məndə alınacaq. Növbəti ayda biznesimi daha da genişləndirəcəm. Bu barədə isə hələ danışmaq istəmirəm".
Qeyd edək ki, A.Aslanın biznesinin açılışına müğənnilərdən Xuraman Şuşalı, Ülvi Qılınc, Sevinc Ağaşirinova, Nurlan Təhməzli, İradə Mehri, Ümman, prodüser Təranə Səmədova, aparıcılar Vüsalə Kərimova, Könül Muxtarova, Dj Roşka, rejissor Rəhman Əliyev və başqaları qatılmışdılar.