Azərbaycan və İtaliya futbol yığmalarının oyunu zamanı saat 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.
Nəqliyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiona gələ və eyni zamanda geri qayıda biləcəklər.
Şəhərətrafı marşrut xətləri üzrə stadiona gəlmək üçün 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək. Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və İtaliya yığmaları arasında qarşılaşma oktyabrın 10-da bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21.00-da başlayacaq.