İşçilər kütləvi şəkildə intihara cəhd ediblər

Onlar maaşlarını ala bilmirlər




İzmirin Torbalı qəsəbəsində inşaası davam edən 250 yataqlı dövlət xəstəxanasında fəhlə işləyən 15 işçi, ödənişlərini ala bilmədikləri üçün kütləvi intihara cəhd ediblər.

İşçilərdən 12-si inşaası davam edən 6 mərtəbəli binanın damına, 3 işçi isə 30 metr yüksəkliyində olan kranın təpəsinə çıxıblar. Kütləvi intihara cəhd edən işçilər, xəstəxana inşaatında çalışan 53 işçinin 5 aydır maaşlarını ala bilmədiklərini, cəmdə yığılan 135 min lirənin hesablarına yatırılmadığını söyləyir. Xəbərdən sonra hadisə yerinə gələn polis, ətrafda təhlükəsizlik tədbirləri görərək, yerə hava yastıqları açıb. Damdakı işçilər, krandakı yoldaşları özlərini atarsa onlar da intihar edəcəklərini qışqıraraq deyiblər. Bir işçinin 30 metr yüksəklikdən özünü aşağı atmağa cəhd etməsi ürəkləri ağıza gətirdi. İşçilər, firma səlahiyyətliləriylə görüşmək istədilər. Dama çıxan polis, işçiləri razı salmaq üçün uzun müddət dil tökdü, ancaq müvəffəqiyyətli ola bilmədi. 5 saat davam edən hərəkət, Torbalı Bələdiyyə başçısı AKP-li Adnan Yaşar Görməz və Ticarət Otağı başçısı Abdulvahap Olğunun araya girməsiylə sona çatdı. Görməz və Olğun, firma

səlahiyyətliləriylə görüşüb ən qısa müddətdə maaşlarının veriləcəyinə söz verdi, bundan sonra işçilər aşağı endi. Hadisə yerinə gələn Mirsan Dəmir Quruluş adlı firmanın səlahiyyətlilərindən Ramazan Dəmir, "İşçilərin bəhs etdiyi kimi bizdən 135 min lirə alacaqları yoxdur. Cəmdə 17 min lirəlik bir paraları var. Qurban bayramından əvvəlki gün bütün alacaqları ödənildi. Bu gün dama çıxan 15 nəfərdən yalnız 6-sı bizimlə çalışanlardır. Digər 9 işçinin firmamızla bağları bayramdan əvvəl kəsildi və maaşları ödənildi. Daha əvvəl də belə bir hərəkət olmuşdu. Firmamızın adının hallanmaması və mətbuata əks olunmaması üçün işçilərə 200 min lirə artıqdan pul ödəmişdik. Bu günki hərəkətin də məqsədi işçilərin artıq pul istəməsidir” dedi.