Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Nuriyyə Əhmədova vəfat edib. 1 saylı Klinik Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, N. Əhmədova oktyabrın 9-da xəstəxanaya gətirilib. Xalq artisti oktyabrın 10-da saat 04.35-də ürək çatışmazlığından vəfat edib. O, bu gün Mərdəkanda dəfn olunacaq.
Xalq artisti Nuriyyə Əhmədova ilə vida mərasimi başlayıb. Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, tanınmış aktrisa bacısının Mərdəkandakı evindən götürüləcək. Mərhum sənətkarın sənət yoldaşları, qohumları bu evə toplaşıblar.
N.Əhmədova xaricdə yaşayan bacısının gəlişindən sonra, Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahı yanındakı qəbiristanlıqda dəfn ediləcək.
Qeyd edək ki, N.Əhmədova bu gün səhər saatlarında 1 saylı şəhər xəstəxanasında ürək xəstəliyindən vəfat edib.