Nazir müavini: "Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil ola bilər"





 Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkəsinin Avrasiya İqtisadi Birliyinə daxil olmasını istisna etmir.
"APA-Economics"in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir müavini Bakıda səfərdə olan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.
"Biz səmərəli birliklərdə iştirak etməyimizi istisna etmirik. İlk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Ümumdünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyində və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır", - deyə S. Həsənova bildirib.