Amerikalı sənətçi Re Paulette, tək başına Meksikada səhrada tapdığı bir mağarada yaşayır. Hazırda 68 yaşında olan Paulette bu mağaranın qapısından içəriyə girəli tam 10 il oldu. Həyatının son 10 ilini Nyu Mexiko əyalətindəki dağlıq yerdə tapdığı bir mağaranı qazaraq xərclədi.
Maşın əvəzinə əllərindən istifadə edən sənətçi, son dərəcə sadə alətlərlə mağaranın divarlarına sənətini əks etdirir. Həyatının ən önəmli vaxtını mağaralarda gördüyü işlərlə keçirən Paulette, əsərlərini divarlara həkk edərək bənzərsiz və təbiətdən ilham alan dizaynlara imza atır.
Sənətçinin işləri uzun müddət sirr olaraq qalsa da, film prodüseri Jeffrey Karoff, Paulettenin fərqinə varmış və bir sənədli film çəkmişdi. Həyatının uzun bir hissəsini bu işə xərcləyən sənətçinin əlləriylə yaratdığı bu mağara görənləri heyrətə salır. Mağaranın içərisində 12 metr yüksəkliyə qədər çatan kolonlar var.