Dolların bahalaşması dərman bazarına ciddi təsir edib. Bundan başqa, tibbi ləvazimatların, avadanlıqların, cərrahiyyə əməliyyatları zamanı istifadə olunan alətlərin də qiyməti artıb.
Dövlət xəstəxanalarında dərman və digər tibbi ləvazimatlar dövlət tərəfindən verildiyindən bahalaşma daha çox özəl klinikalarda hiss olunacaq.
Bəs qiymətlərin artması özəl klinikaların fəaliyyətinə necə təsir edəcək?
Qeyd edək ki, dollar bahalaşandan sonra bəzi klinikaların bağlanacağı ilə bağlı müəyyən söz-söhbətlər yayılıb.
Tibb eksperti, professor Adil Qeybulla da hesab edir ki, manatın devalvasiyası fonunda özəl klinikalarda qiymət artımı qaçılmaz olacaq: "Tibbi müayinə, müalicə, cərrahi əməliyyatlara sərf olunan dərmanlar, tibbi ləvazimatların qiyməti qalxdığı üçün istər-istəməz klinikalarda da müayinə və müalicə xərcləri artacaq. Onu da nəzərə almalıyıq ki, dövlət xəstəxanalarından fərqli olaraq, özəl klinikaların əlavə resursları yoxdur. Onlar yalnız özlərini maliyyələşdirmə üsulu ilə fəaliyyətlərini davam etdirirlər. Mövcud situasiya isə belədir ki, istifadə olunan tibbi vəsaitlər bahalaşırsa, xərclər də artır. Laboratoriya analizlərini həyata keçirən reaktivlərin qiyməti bahalaşarsa, təbii olaraq analizlərin də qiymətində artım olacaq. Həmçinin də əməliyyat zamanı istifadə olunan tibbi ləvazimatlar, narkoz dərmanları və digər preparatların bahalaşması da əməliyyatın qiymətinə təsir edəcək”.
Ekspertin sözlərinə görə, özəl klinikalarda qiymət artımı müayinəyə və ya müalicəyə gələnlərin sayına bir o qədər də təsir etməyəcək
Şəymən