Azərbaycanda zəlzələ oldu

İmişli rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:28-də Saatlı stansiyasından 15 kilometr şimalda, İmişli rayonunda yeraltı təkanlar qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi isə 52 kilometr olan zəlzələ hiss olunmayıb.