Tanınmış həkim haqqında kitab çap olunub

Tanınmış həkim-psixoterapevt, publisist, dini və tarixi araştırmaçı Paşa Yaqub haqqında kitab çap olunub. “Əfsanəvi Fenomen” adlı əsər uşaq ikən getdiyi ziyarətgahların 20 yaşlarından tarixlərini, kəramətlərini mükəmməl öyrənib qələmə alaraq təbliğ edən yüzlərlə məqalənin, 5 ensiklopediya və 31 kitabın müəllifi (elə kitabları var ki, 4 dəfə nəşr olunub), müasir tibb elmini insan sağlamlığı üçün yetərli hesab etməyərək, bir çox xəstəlikləri özünəməxsus möcüzələrlə müalicə edən, əksər hadisələrin baş verəcəyini qabaqcadan deməklə həm də öncəgörücülük qabiliyyəti olan, möcüzəvi həkim Paşa Yaqub Alı oğlunun ömür yolundan bəhs edir.

Kitabın müəllifi tanınmış vəkil Zahidə Vulkan, redaktoru isə tarixçi, publisist-şair, “Qızıl qələm” mükafatı lauratı Nazim Tapdıqoğludur.

MÜƏLLİFDƏN:

"Bir işə yanaşsan əgər ürəkdən 

Xəbər verəcəksən Çərxi Fələkdən"

“Kəlilə və Dimnə”

Dəyərli oxucular! 

Bu kitabı yazıb ərsəyə gətirməyimiz tarixi zərurətdən doğdu.

Əsər dünyaya gəlməmişdən valideynlərinin Allahdan qurbanlar kəsməklə arzuladıqları, uşaq yaşlarından həyatını Allahın müqəddəsliyini qəbul edib, Allahın Səmavi kitablarını tam şəkildə mənimsəyərək, təbliğ etməyə, eyni zamanda əməyə, elmə, siyasətə, şərəf və ləyaqətə, insanlığın yaranışını, təbiətin quruluşunu öyrənməyə həsr edən, vətənpərvər ictimai fəal, cəmiyyətdə baş verən sosial hadisələrə biganə qalmayan, əqidə, məslək və mənəviyyat sahibi, ədəb-ərkanlı, səmimi, haqqın carçısı kimi kifayət qədər cəmiyyətdə özünü təsdiq etmiş psixoterapevt, yazıçı-publisist, dini və tarixi araşdırmaçı, ruhani, elmi-lədun bilicisi, uşaq ikən getdiyi ziyarətgahların 20 yaşlarından tarixlərini, kəramətlərini mükəmməl öyrənib qələmə alaraq təbliğ edən yüzlərlə məqalənin, 5 ensiklopediya və 34 kitabın müəllifi (elə kitabları var ki, 4 dəfə nəşr olunub), müasir tibb elmini insan sağlamlığı üçün yetərli hesab etməyərək, bir çox xəstəlikləri özünəməxsus möcüzələrlə müalicə edən, əksər hadisələrin baş verəcəyini qabaqcadan deməklə həm də öncəgörücülük qabiliyyəti olan, möcüzəvi həkim Paşa Yaqub Alı oğlunun ömür yolundan bəhs edir. 

Paşa Yaqub kimi fədakar, vətənpərvər və fenomen bu ziyalının həyatı, amalına çatmaq üçün yorulmadan apardığı şərəfli mübarizə yolu gənc nəsillərə böyük bir məktəbdir. Bəli, gələcək nəsillər mütləq Allahın bizə hədiyyə kimi bəxş etdiyi bu insan haqqında bilgiyə malik olmalıdırlar. Hesab edirəm ki, Azərbaycanın ən yeni tarixində “Paşa Yaqub səhifəsi” önəmli yerlərdən birini tutur və biz hər birimiz bunu oxuyub-öyrənərək nümunə götürməyə borcluyuq. Bu yol insanlığın şər qüvvələr üzərində qələbəsi üçün iti bir qılıncdır. 
Paşa Yaqubun qəlbində tükənməz Allah sevgisi var. O, nümunəvi ailə başçısı, mehriban ata, sevimli baba, insanlığa, vətəninə, xalqına, millətinə, dininə, təbiətə bağlı olan bir şəxsiyyətdir. 

Ebu Turxan insanlar haqqında belə deyir: 

İnsan var dərya kimidir, baş vurduqca çətindir; İnsan var divar kimidir, qarşında durur heç nə görə bilmirsən; İnsan var şüşə kimidir, dünyanı sənə göstərməyə çalışır; İnsan var ayna kimidir, səni özünə göstərməyə çalışır. Paşa Yaqub şəffaf rəngli şüşə kimidir. Dünyanı o üzlü, bu üzlü sənə göstərməyə çalışan, elmin əksər sahələrini tam mənimsəmiş əfsanəvi fenomendir. Paşa Yaqubun bütün bildiklərini qələmə alması, gələcək nəsillərə miras kimi çatdırmaq istəyi onun bütövlükdə insanlığa töhfəsidir. Eyni zamanda tərəddüdsüz demək olur ki, Paşa Yaqub fitri istedada malik qeyri-adi bir möcüzədir. Nurani siması onu görənlərdə Allah sevgisi aşılayır. Həmsöhbət olanda ondan ayrılmaq adamda nəyisə itirəcək kimi hisslər yaradır. 

Belə bir deyim var ki, elə sirrlər var insan onu ancaq özü ilə qəbrə aparır. Paşa Yaqub da sirli dünyamızda sirli bir dəryadır! (Zahidə Vulkan).


REDAKTORDAN:

Mən tanınmış publisist, dini və tarixi araştırmaçı, ruhani, psixoterapevt, 35 kitab müəllifi, qələm dostum Paşa Yaqubu 14 ildir ki, tanıyıram. Yaşının az olmasına baxmayaraq onun zəngin həyat və yaradıcılığı var. Yaşadığı ömrün yarıdan çoxunu insanlığın yaranı yaranışını, təbiətin quruluşunu öyrənmnəyə həsr edən Paşa Yaqub elmi-lədun bilicilərindən biri kimi getdiyi ziyarətgahlar, ziyarət etdiyi pirlər, Azərbaycanın müxtəlif bölgələrində olan onlarla müqəddəs tapınaq yerləri, övliyalar, seyidlər olan onlarla müqəddəs tapınaq yerləri, övliyalar, seyidlər, kəramət sahibləri haqqında yazdığı kitablarında, məqalələrində dəyərli məlumatlar vermişdir. 

Cəmiyyətdə özünü tanınmış psixoterapevt kimi təsdiq etmiş, neçə-neçə xəstəyə şəfa vermiş, onları sağlam həyata qaytarmışdır. Vaxtı ilə illərlə çoxlu sayda kitablar mütaliə edib, yuxusuz gecələr keçirərək elmin əksər sahələrini mənimsədiyi üçün qazandığı bilgiləri müxtəlif kitablar halına salaraq əvəzsiz töhfə kimi gələcək nəsillərə miras qoyur. İndiyədək mən onun 6 kitabının redaktoru və “Ön söz” müəllifi olmuşam. 

Bu dəfə isə onun haqqında yazılan kitabın redaktoru və “Ön söz” müəllifiyəm. Tanınmış publisist, vəkil, jurnalist Zahidə Vulkan onun haqqında “Əfsanəvi fenomen” kitabını yazıb ərsəyə gətirmişdir. Paşa Yaqubun ömür yolundan, öncəgörücülük qabiliyyətindən, səxavətindən, möcüzəvi həkim kimi sağalmaz xəstələrə bəxş etdiyi həyatlardan bəhs edən bu kitab sadə və oxunaqlı bir dildə yazılmışdır. Kitabdan aydın olur ki, müəllif Zahidə Vulkan özüdə bir zaman Paşa Yaqubun pasiyentlərindən biri olub. Həkimlərin və özünün gəldiyi nəticəyə görə “sağalmaz” xəstəliyə düçar olan Zahidə xanım paşa bəyin bir neçə seansı nəticəsində sağalaraq ayağa qalxır. Elə o zamandan da Paşa bəy haqqında, onun həyat və yaradıcılığından, möcüzəli müalicə üsulundan kitab yazmaq fikrinə düşür.

Beləliklə, Azərbaycanın ilk disidenti Nadir Ağayevdən və görkəmli alim Əhəd İbrahimovdan yazdığı kitabların ardınca üçüncü kitabını –Paşa Yaquba həsr etdiyi “Əfsanə fenomen” kitabını yazır. Kitabdakı ayrı-ayrı oçerk və məqalələri oxuduqca, seansları ilə xəstələrə sağlamlıq, sevinc bəxş edən Paşa həkimin pasiyentləri ilə dost kimi davrandığının da şahidi oluruq. Əksər pasiyentlərin gəldikləri qənaətdən aydın olur ki, onlar həkimin seanslarını, müalicə üsullarını İlahi möcüzə hesab edirlər. Onların fikrincə qeyri-adi xüsusiyyətlərə malik olan xeyirxah həkim Paşa Yaqub dost kimi də pasiyentlərinin qəlbində uca zirvəni fəth etməyi bacaran bir şəxsiyyətdir. Bir oxucu olaraq biz kitabda Paşa Yaqubu həm də bədii yaradıcılıqla məşğul olan şair kimi görürük. Onun “Bəs ağlamazmı?”, “Ay baba” adlı şeriləri, “Hüsnünə mail oldum gördüyüm ilk andan səni” mətləli misrası ilə başlayan qəzəli gözəl ədəbi nümunələrdir.

Paşa Yaqubun kitabda çap edilmiş onlarla hikmətli kəlamları, aforizmləri insanlara cəmiyyətdə layiqli mövqe tutmaqda dəstək olacaq, bir rupor rolunu oynayacaqdır. Kitabın ayrı-ayrı bölümlərində pasiyentlərin paşa Yaqub və onun həyata keçirdiyi seanslar haqqında maraqlı fikirlər, faktlar da yer almışdır. Kitabı oxuduqca insanda Allah sevgisi, sağlamlığa həvəs daha da artır. Mən Zahidə Vulkana belə bir dəyərli kitabı araya-ərsəyə gətirdiyi üçün təşəkkür edir, ona həyatda ən qiymətli nadir nemət olan cansağlığı, ömür yollarında və yaradıcılığında uğurlar, sevinc dolu günlər arzulayıram. 

Hörmətlə: Nazim Tapdıqoğlu (Vəlişov)- Tarixçi, tədqiqatçı, pedaqoq, publisist, şair, “Qızıl qələm” mükafatı lauratı.