Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, XİN bu barədə "Twitter"də paylaşım edib.
"Pakistan İslam Respublikasının Müstəqillik günü münasibətilə qardaş Pakistan xalqına və Pakistan hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq", - XİN-in məlumatında deyilir.