Müharibə bitdi: Əfqanıstandakı idarəetmə forması dəyişəcək

ABŞ ordusunun Kabil hava limanında əfqanlara xəbərdarlıq atəşi açması nəticəsində bir neçə nəfər ölüb.

Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib. Taliban siyasi bürosunun rəsmi nümayəndəsi  Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini və əyalətdəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını deyib.