Vertolyotun qəzaya uğradığı yerdə axtarış işləri başa çatıb

Kamçatkada Mİ-8 vertolyotunun qəzaya uğradığı yerdə axtarış işləri başa çatıb

Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, qəza avqustun 12-də olmuşdu. Göyərtədəki 16 nəfərdən səkkizi sağ qalıb. Onlardan ikisi reanimasiyadadır. 
Yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və hava nəqliyyatının istismarı ilə bağlı cinayət işi başlanıb. Fəlakətin mümkün səbəbləri arasında əlverişsiz hava şəraiti, pilot səhvləri və texniki nasazlıqlar göstərilir.