Yeni media platforması qurulur

Azərbaycan naminə daha bir mühüm layihənin əsası qoyulacaq

“Beynəlxalq Media Əməkdaşlıq Platforması qurulur”. Bu barədə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, “Editor.az” saytının rəhbəri Fərid Şahbazlı məlumat verib.

Baş redaktor deyib ki, qarşıdakı günlərdə Azərbaycan naminə daha bir mühüm layihənin əsası qoyulacaq: “İlkin mərhələdə 10 ölkədən tanınmış jurnalistlərin, baş redaktorların, hərbi və siyasi ekspertlərin yer alacağı Beynəlxalq Media Əməkdaşlıq Platformasını ictimaiyyətimizə elan edəcəyik.

Vətən müharibəsi və ondan sonra cərəyan edən proseslər sübut edir ki, informasiya müstəvisində mübarizəmiz hələ uzun müddət və daha da mürəkkəb formada davam edəcək.
Beynəlxalq dostlarımızı prosesə cəlb etməklə qarşılıqlı əməkdaşlıq şəraitində Azərbaycanın haqq səsini dünyaya duyurmağa davam edəcəyik!”.