Vəsiyyəti gerçəkləşdi


İtaliyalı tədqiqatçı Ağrı dağın göründüyü məzarlıqda dəfn olundu

Ağrı dağında 35 il təhqiqat aparmış italiyalı tədqiqatçı Ancelo Palego koronavirusla əlaqəli ürək çatışmazlığından dünyasını dəyişib. Tədqiqatçının oğlu atasının Ağrı dağının ətrafında dəfn edilmək istəyini dilə gətirib. Və atasının istəyini yerinə yetirmək üçün hərəkətə keçib.

“Milliyyet.com” da yer alan xəbərdə bildirilir ki, italyan tədqiqatçı 1986-cı ildən etibarən Ağrı dağı çevrəsində araşdırma apararaq Nuhun gəmisini axtarırmış. Ağrının Doğubayazid bölgəsindəki bir oteldə qalan tədqiqatçının səhhətində problem yaranıb və o, Ərzurum Şəhər Xəstəxanasına aparılıb. Xəstəxanada aparılan müayinələr zamanı tədqiqqatçının COVİD-19-a yaxalandığı məlum olub. Müalicə almasına rəğmən italyan alimi virusdan xilas etmək mümkün olmayıb. Alim koronavirusun təsiri ilə ürək çatışmazlığından vəfat edib.  Alimin oğlu Stefano Palego İtaliya konsulluğu vasitəsilə Ağrı dağının göründüyü yerdə məzarlıq üçün ayrılmış ərazidə məzar yeri alıb. Alimin cənazəsi Ərzuruma gətirilib və burada Ağrı dağının göründüyü məzarlıqda dəfn edilib.