Emin Hüseynovdan Ağdama getmək istəyənlərə ÇAĞIRIŞ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama getmək istəyən əhaliyə çağırış edib. 
O, bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.
“Səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVID-19 pasportunun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur.
Şəhid ailələri, qazilər və yaşı 60-dan yuxarı olan Ağdam əhalisinə üstünlük verilir”, - deyə E.Hüseynov qeyd edib.