Nazirliyin aktyorla bağlı paylaşımı mübahisə doğurdu

Türkiyəli məşhur aktyor Yılmaz Güneyin vəfatının növbəti ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin “Tvitter”dəki paylaşımı mübahisələrə səbəb olub. “Sherg.az” “Posta”ya istinadən xəbər verir ki, Güney “Çirkin kral” adlandırılıb. Paylaşıma rəy yazan istifadəçilərin bəziləri ifadəni yanlış hesab etdikləri halda, bəziləri “Burada nə var ki?” deyiblər. 
 Ağ parti funksioneri Ali Özkayanın “Səhvdir...!!!” şərhindən sonra mübahsisə daha da qızışıb.