Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, Komitənin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.
A.Cavadov buna qədər ümumi şöbənin rəhbəri kimi çalışıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Əli oğlu Süleymanov koronavirusdan vəfat edib.