19 yaşında öldürülən qızın ailəsinə 233 min lirə təzminat veriləcək

Türkiyəni sarsıdan satanist cinayətində 1999-cu ildə 19 yaşında öldürülən Şehriban Coşkunfıratın ailəsinin üç şübhəli əleyhinə açdığı 211 min lirəlik təzminat iddiasında mütəxəssisdən şok hesabat gəldi.
Təzminat hesablama mütəxəssisi Əhməd Yumruğa görə, gənc qız öldürülməsəydi 46 il də yaşayacaqdı və ehtimalla 65 yaşında vəfat edəcəkdi. Qızı öldürülən zaman 48 yaşında olan ata Məmməd Coşkunfıratın qalan ömürü isə 23 il olaraq hesablandı.
Beləcə "minimum məvaciblə" işləyən kimi qiymətləndirilən Şehribanın 46 il boyunca, özünün xərcləyəcəkləri xaricində, atasına edə biləcəyi maddi dəstək 23 il üzərindən 22 min 53 lirə 75 qəpik olaraq hesablandı. Yəni atanın maddi dəstəkdən məhrum qalma məbləği 22 min TL olaraq hesablandı. Təzminat iddiasına baxan məhkəmə, mütəxəssis hesabatını qəbul etsə ailə, cəmdə 233 min lirə təzminat almağa haqq qazanacaq.
Zinnur Gülşah Dinçer, Əngin Aslan və Ömər Polad 17 il həbs çəkib.