“Tanrı tərəfindən bizə vəd olunmuş torpaqlar” Ermənistan Respublikasının ərazisidir”.
Teleqraf xəbər verir ki, bunu İrəvanda keçirilən dini tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Real Ermənistan” ideologiyası ondan ibarətdir ki, “Tanrının vəd etdiyi torpaqlar” Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir”, - o bildirib.
“Real Ermənistan” ideologiyasına gəlincə, Nikol Paşinyanın öz iddiasına görə, bu konsepsiya hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır, qonşu dövlətlərə, xüsusən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir.