18 il sonra danışdı

İlk sözü “Səni çox sevirəm, ana” oldu



Eşitmə əngəlli kimi dünyaya gələn Betül Dalkılıç 18 yaşına qədər heç danışmadı. Keçən həftə biyonik qulaqçıqdan istifadə edən gənc qızın ilk sözləri hər kəsi duyğulandırdı.

Betül Dalkılıç, Elazığlı Perihan-Erkan Dalkılıç cütlüyünün üç uşağından biridir. Eşitmə əngəlli olaraq doğulub. 18 il heç danışa bilməyib. Ailəsi onu xəstəxana - xəstəxana gəzdirdi, ancaq bir çarə tapılmadı. Son olaraq Prof. Dr. Çağlar Batmağın, qıza biyonik qulaqcıq taxdı və qız danışdı. Əməliyyat sonrası ilk sözü "Səni çox sevirəm, ana” oldu. O an xəstəxana otağındakı hər kəs sevinc gözyaşlarına boğuldu.

Ana, atası və böyük qardaşları onunla gözləri və əl işarələriylə danışdılar. 18 ilini səssiz keçirən Dalkılıç indi eşidir və danışır. Üsküdardakı Academic Hospitalda biyonik qulaqcıq qoyulan Dalkılıçın səssiz dünyası rəngləndi. 18 ili artıq geridə buraxdığını ifadə edən Dalkılıç "İllərlə quş səsini eşitməyi çox istədim. Onlarla ürəyimlə danışdım. Ailəmin səsini eşidə bilmədiyim üçün zaman- zaman içimə qapandım.

Həkimlərim illərcə susduğum üçün, danışmaq qabiliyyətimi itirdiyimi söylədilər. İndi bu müddəti müəyyən bir zaman içərisində aşacağam. Danışmağı yenidən öyrəndiyim zaman çox sevdiyim türküləri dinləməyə başlayacağam. Aşiq Veysəli, Məhərrəm Ertürk, Neşet Ertaşın türkülərini dinləyəcəyəm. Çox sevdiyim sənətçilərin nəğmələrini yalnız oxuya bilirdim. İndi onların səsindən dinləyəcəyəm. Bu mənim üçün böyük xoşbəxtlikdir” deyib.

Ana Perihan Dalkılıç "Ona illərcə səs oldum. İndi o mənim söylədiklərimi, mən onun söylədiklərini gözlərəmizin içinə baxa- baxa söyləyəcəyik. İllərcə məni könül gözüylə, dodaq hərəkətlərimi izləyərək anlayırdı. İlk dəfə mənim səsimi eşitdi. Ona həmişə, "Səni çox sevirəm, qızım” deyirdim. O da ilk danışdığı an mənə "Səni çox sevirəm, ana” dedi. O anı təsvir etməyim mümkün deyil. Betülü yenidən dünyaya gətirmiş kimi oldum. Prof Dr. Çağlar Batmağın isə "Betül doğuşdan eşitmə maneəli olan bir xəstədir. Bir az duyğu var, ancaq onu da zamanla itirib. Bu xəstələrin 6 yaşını keçmədən əməliyyat olunmaları lazımdır. Çünki beynin eşitməyi təmin edən hissəsi, bu yaşa qədər inkişafını tamamlayır. Əks halda zamanla Betül kimi danışma qabiliyyətini də itirirlər. Tamamilə danışması üçün zamana ehtiyacı var” deyib.