Həbsdə olan "nurçu"ların yeri dəyişdirildi

Sentyabrın 21-də kassasiya şikayətinə baxılacaq




Azərbaycanda saxlanılan "nurçular” cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüblər.
APA-nın məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Eldəniz Hacıyev və İsmayıl Məmmədov saxlanma növünün dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Məhkəmə onların müraciətini nəzərə alaraq saxlanma yerini məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə əvəz edib.
...

Azərbaycanda 2013-cü ildə saxlanılmış "nurçu"ların kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
APA-nın xəbərinə görə, kassasiya şikayətinə sentyabrın 21-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. Kassasiya şikayətində onların barəsində bəraət hökmünün çıxarılması istənilib.


Qeyd edək ki, 2013-cü ilin aprelin Bakıda evdə toplantı keçirən 41 "nurçu” saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçuluğu” təbliğ edən audio və video materiallar müsadirə olunub. Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.
Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya endirilib, digər üç nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzaları şərti hesab edilib.