Ukrayna maliyyə uçurumunun kənarında: 137 milyard avroya ehtiyac var

Beynəlxalq Valyuta Fondu Ukraynanın maliyyə vəziyyətini kritik qiymətləndirib.

Sherg.az xəbər verir ki, Associated Press-in məlumatına görə, hesabata əsasən, 2026 və 2027-ci illərdə ölkənin 137 milyard avroya ehtiyacı olacaq. Avropa İttifaqına üzv dövlətlər bu vəsaiti “hansı yolla olursa olsun tapmaq” barədə razılığa gəliblər.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban açıqlama verərək Avropa Komissiyasının dondurulmuş Rusiya aktivləri məsələsini 18–19 dekabrda keçiriləcək Brüssel sammitinin gündəliyindən çıxardığını bildirmişdi.