"Almaniya, digər NATO üzvləri ilə birlikdə, Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır."
APA xəbər verir ki, bu iddia ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.
"Almaniya müttəfiqləri ilə birlikdə atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə öz töhfəsini verməlidir", - Merz deyib.
Merz həmçinin vurğulayıb ki, bu töhfənin detalları vaxtında müzakirə olunmalıdır.
Kansler həmçinin başlayan diplomatik prosesin tamamlanacağına ümid etdiyini bildirib.