66 yaşlı kişidən 6 kq narkotik götürüldü





Bakı şəhər sakinindən külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 66 yaşlı Səyavuş Məmmədovdan 6 kiloqram 135 qram marixuana götürülüb.
Araşdırma aparılır.